MQL4 Dərsləri 12 : İlk Ticarət Robotumuz 2 -ci Hissə
Əvvəlki dərsimizdə yazılan kodları ümid edirəm tam başa düşmüsünüz. Bu dərsdə onlara əlavə kodlar olacaq və isNewCandle() adlı yeni bir funksiya yazacağıq. Bu proqramı bir dərsdə yazmağ olardı. Amma onu kiçik-kiçik hissələrə böldüm ki, Sizin üçün başa düşülməsi daha asan olsun. İndisə Sizdə aşağıdakı şəkildə göstərilmiş olan kodları öz proqramınıza əlavə edin. Burada olan input açar sözü extern - ə bənzər şəkildədir. Ancaq ondan bir fərqi odur ki, proqram icra edildiyi müddətdə parametrlərin dəyişilməsi proqramda öz əksini tapmayacaqdır. Dəyişiklik proqram icra edilmədiyi müddətdə olmalıdır. Externdə isə proqram icra edildiyi müddətdə parametrlərə dəyişiklik edə bilərsiniz. ENUM_APPLIED_PRICE və ENUM_MA_METHOD nömrələmə sistemini başa düşmək üçün proqramı Compile etdikdən sonra proqramı qrafikə atıb orada onun Bizə bir list şəkilində bəzi göstərici dəyərlərini verəcəkdir. Aşağıda göstrəildiyi kimi : İndiqatorlardan istifadə etdiyiniz vaxt bu parametrləri çox ...