MQL4 Dərsləri 11 : İlk Ticarət Robotumuz 1 - ci Hissə
Əvvəlki dərsdə biz ilk sadə indiqatorumuzu yaratdıq. Bu indiqator bir treyder olaraq bizim işimizə o qədərdə faydalı olmadı ancaq buna baxmayaraq proqramlaşdırma məntiqini öyrənmək adına bizim üçün çox faydalı oldu. Bazarın texniki analiz vasitəsi ilə gələcək qiymətlərini proqnozlaşdırmağa kömək üçün indiqatorlar çox vacibdir. Ancaq indiqatorlarla qrafiki müşahidə edərək Siz əmirlərinizi ( satış,alış , açılan əmirlərdə dəyişiklik etmək və s.) özünüz əlinizlə daxil etməlisiniz. Bunun üçün terminalın qarşısına keçməli və gözlərinizi geniş bir şəkildə açıb monitora baxmalısınız... Əgər yoruldunuzsa bir fincan çay içmək və ya hətta qısa bir tətilə çıxmaq istəyə bilərsiniz. Siz bu problemin həlli üçün aşağıdakı fikirlər haqqında düşünməlisiniz: Siz Terminalı müşahidə etmək üçün bir nəfər işçi tuta bilər və telefonunuzla hər beş dəqiqədən bir ona zəng edib nələr olduğu ilə marağlana bilərsiniz. Əgər o işçi mütəxəssisdirsə qazandığınız pipləri it...