MQL4 Dərsləri 15 : OrderSelect() Funksiyası



Əvvəlki dərsimizin kodlarında Sizlər üçün aydın olmayan önəmli iki funksiya var idi. Bunlardan biri OrderSelect() və digəri isə OrderModify() funksiyasıdır. Bu gün ki dərsimizdə OrderSelect() funksiyası ilə tanış olacağıq.

OrderSelect() funksiyası daha çox proses üçün bir əmir seçir. Sadə dildə desək açmış olduğunuz hər hansı bir əməliyyatın ( buy , sell... ) xüsusiyyətlərini ( əməliyyatın açıldığı vaxtı,qiyməti.,lot həcmini , StopLoss səviyyəsini və s ) seçib bizə əks etdirir. Bizdə seçilmiş bu xüsusiyyətlərdən məqsədimizə uyğun şəkildə istifadə edə bilərik. 

OrderSelect() funksiyası  3 parametrə alır. 

bool  OrderSelect (
   int     index,                                // index or order ticket
   int     select,                               // flag
   int     pool=MODE_TRADES  // mode
   );


OrderSelect(index, select, pool);

int index    -  ikinci parametrdən asılı olaraq əməliyyatı seçmək üçün əmrin indeksi və ya nömrəsi                              buraya yazılır.

int select    -     Select aşağıdakı sabitlərdən biri ola bilər.

                         SELECT_BY_POS        -  əməliyyatı indeks ilə seçmək --- 0,1,2,3 və s
                         SELECT_BY_TICKET -  əməliyyatı əmr nömrəsi ilə seçmək . Platformada                                         Əməliyyat açanda yəqin ki görmüsünüz ekranın sol tərəfində # işarəsindən sonra                                 rəqəmlər yazılır. Bu əmr nömrəsidir. 

int pool    -    SELECT_BY_POS seçildiyi zaman bu parametr aşağıdakı sabitlərdən biri ola bilər:

                       MODE_TRADES (default)  - Açılmış və gözləyən əmirlər üçün seçilir.
                       MODE_HISTORY               - Bağlanmış və ləğv edilmiş əmirlər üçün seçilir.
                       

OrderSelect() funksiyası icra edildikdən sonra  bəzi funksiyalar vastəsilə ilə seçilmiş əməliyyat haqqında əlavə məlumatlar əldə edə bilərsiniz. OrderSelect() -ə  aid funksiyalar :

OrderClosePrice(), OrderCloseTime(), OrderComment(), OrderCommission(), OrderExpiration(), OrderLots(), OrderMagicNumber(), OrderOpenPrice(), OrderOpenTime(), OrderPrint(), OrderProfit(), OrderStopLoss(), OrderSwap(), OrderSymbol(), OrderTakeProfit(), OrderTicket(), OrderType()

Nümunə :

  if (OrderSelect(12470, SELECT_BY_TICKET)==true)
    {
          Print("order #12470 open price is "OrderOpenPrice());
          Print("order #12470 close price is "OrderClosePrice());
    }
  else
         Print("OrderSelect returned the error of ",GetLastError());

Əgər bu funksiyanın mahiyyəti tam başa düşmədinizsə narahat olmayın. Gələcək dərslərimizdə kodlar yazarağ  bunu daha yaxşı başa düşəcəksiniz.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Forex Dərsləri 1 : MetaEditor ilə iş

Forex Dərsləri 2 : Funksiyonal Bloklar

Alqoritmik Ticarət Nədir