İchimoku İndiqatoru və EA - Giriş



İchimoku indiqatoru haqqında çox güman eşitmisiniz. Bəlkədə hal-hazırda aktiv bir şəkildə istifadə edirsiniz...

Bu və növbəti bir neçə dərslərimizdə ichimoku indiqatorunun göstəricilərinə  əsaslanarağ bir Ticarət Robotu yazmağı Sizinlə birlikdə öyrənməyə çalışacağıq.

2015- ci ildə Ahmed Alagouz adlı bir treyderin İchimoku indiqatoru  haqqında yazmış olduğu bir kitabını Azərbaycan dilinə tərcümə etmişdim. Bu dərsimizdə İchimoku indiqatorunu bilməyənlər üçün qısa olsada onu tanımağa başlayacağıq və dərsinin sonunda vermiş olduğum linkdən bu kitabı yükləyərək tam şəkildə onu başa düşəcəyinizə əminəm.Beləliklə indiqatoru tanıdığdan sonra Expert Məsləhətçimizi yazmağa başlayacağıq. Daha sonra özünüz Experti istəyinizə uyğun dəyişdirə və ya yeni əlavə funksiyalar yaza bilərsiniz. O qalıb Sizin Xəyal Gücünüzə )).

İchimoku İndiqatoru

İchimoku Kinko Hyo adətən ichimoku adlandırılır. O gələcək qiymət hərəkətinin dəqiqliyini təkminləşdirmək üçün Şam qrafikində yaradılmış bir texniki analiz metodudur. İchimoku 1930-cu ilin sonlarında Yaponiyalı jurnalist Goichi Hosoda tərəfindən hazırlanmışdır. İndiqatorun görünüşü aşağıdakı şəkildəki kimidir.



Chikou Span

Chikou Span qrafikdə yaşıl xəttlə göstərilir. Aşağdakı şəkilə baxaraq chikou spanı müəyyən edək. Qara rəngdə olan xətt “xətt qrafikində” ki qiymətdir və yaşıl xətt isə Chikou spanndır.



Gördüyünüz kimi, qiymət ilə eyni hərəkətə sahibdir ancaq 26 şam geriyə sürüşdürülmüşdür.



Yəni günlük qrafikdə götürsək bu günün bağlanış qiymətindən qrafikdə ( bir şam=bir gün) 26 gün geriyə çəkilir : İndi soruşa bilərsiniz ki, 26 şam geriyə çəkilmiş indikatoru nə üçün istifadə etməliyik. Biz gələcəyə baxmalıyıq keçmişə deyil. İcazə verin ticarətdə onu necə istifadə etməyi və bu xəttin bizə ticarət üçün necə siqnal verdiyini izah edim. Chikou span çox vacibddir və onu asan istifadə etmək olur. Nə zaman ki, chikou qiyməti yuxarıya kəsir bu alış siqnalıdır Və nə vaxt ki, Chikou qiyməti aşağıya kəsir bu satış siqnalıdır. Bu qrafikdə iki siqnal göstərilmişdir. Burada Chikou span qiyməti aşağıdan yuxarıya kəsərək alış siqnalı və yuxarıdan aşağıya kəsərək satış siqnalı vermişdir.



Kijun Sen

Kijun Sen ichimoku qrafik sisteminin bir hissədir.  Bu xətt adətən trend olan bazarda orta-müddətli monentum kimi istifadə olunur. Kijun Seni müqavimət və dəstək kimi istifadə edə bilərsiniz. Düz xətt isə bazarda fletin olduğuna işarə edir.



Tenkan Sen

Bəzi treyderlər haradakı qiymət özünə qisa-müddətli dəstək tapır , o zaman gələcək səviyyələrini təyin etmək üçün tenkan seni bir alət kimi istifadə edirlər. Tenkan Sen həmişə Kijun Senlə kəsişərək siqnallar əmələ gətirir


Kitabı buradan yükləyə bilərsiniz...

Uğurlar...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Forex Dərsləri 1 : MetaEditor ilə iş

Forex Dərsləri 2 : Funksiyonal Bloklar

Alqoritmik Ticarət Nədir