Kayıtlar

Alqoritmik Ticarət etiketine sahip yayınlar gösteriliyor

Alqoritmik Ticarət Nədir

Resim
Robotlar insanları məhv edəcək :)) Alqoritmik Ticarətin nə olduğunu izah etməmişdən əvvəl onunla bağlı bir-iki anlayışın başa düşülməsi vacibdir. Alqoritm Nədir ?  Alqoritm -  müəyyən bir problemin həll edilməsi üçün ardıcıl olaraq yerinə yetirilən təlimatlardır. Hər hansı bir Komputer proqramını alqoritmlər bütünü olaraq  düşünə bilərsiniz. Bu bir misal ilə daha yaxşı başa düşüləcəkdir. Nümunə:  dörd ədədin ortalamasını tapmaq üçün yazılmış bir proqramın alqoritmasını mətin üzərindən yazmağa çalışaq. A1 : Birinci ədədi daxil et A2 : İkinci ədədi daxil et A3 : Üçüncü ədədi daxil et A4 : Dördüncü ədədi daxil et A5: Daxil edilmiş ədədlərin cəmini tap A6: Tapılmış cəmi 4-ə böl A7: Nəticəni ekrana yaz A8: Proqramı sonlandır Ticarət Robotu Nədir ? Ticarət Robotu - öz-özünə bazarı analiz edən və eyni zamanda bazarda avtomatik qaydada əməliyyat aparan proqramlama kodlardan ibarət bir robotdur.  Ticarət Robotları insan müdaxiləsi olmadan bazarlar...

Başlamazdan əvvəl bir-iki ümümi sözlər...

Resim
Bu Bloqa daxil olduğunuza görə Sizin valyuta ticarəti ilə ( FOREX ) marağlandığınız  qənaətinə gəlmək olar. Həmçinin öz strategiyalarınızı yaratmaq istədiyinizi də asanlıqla başa düşmək olar. Yoxsa ki, Burada Olmazdınız ki :)) Bloqu açmağımdakı  əsas məqsədim MetaTrader vasitəsi ilə Sizə öz Ticarət Robotlarınızı yaratmağınıza əlimdən gələn qədər kömək etməkdir.  Əgər MetaTrader platformasında öz İndiqatorlarınızı və  Expert Məsləhətçilərinizi  yaratmaq istəyirsinizsə yazılarımızı davamlı olaraq oxumağınızı məsləhət görürəm.  Növbəti bloq yazısında Alqoritmik Ticarətin nə  olduğunu müzakirə edəcəyik və daha sonrakı yazılarda isə MetaQuotes Proqram Təminatı Şirkətinə aid olan MQL4  proqramlaşdırma dilini yavaş-yavaş öyrənməyə başlayacağıq. Qeyd: Əgər hər hansı bir Proqramlaşdırma dilini bilmirsinizsə qorxmağınıza gərək yoxdur. Çünki Hər şeyi  Sıfırdan izah eləməyə çalışacağam. MQL dilini öyrəndikdən sonra bu dilə bənzəyən  C,...