Kayıtlar

Proqramlaşdırma etiketine sahip yayınlar gösteriliyor

Forex Dərsləri 3 : MQL-də Şərhlər

Resim
Keçən dərsimizdə  önəmli üç funksiya haqqında danışmışdıq.  Bu gün isə  hər kod yazdığımzda bizə lazımlı olan biləcək önəmli mövzularından biri olan Şərhləri ( Comments )  öyrənəcəyik. Şərhlər - proqram kodunu açıqlamaq üçün istifadə olunur. Yaxşı bir proqram həmişə özündə şərhləri barındırır.  İki cür şərh növü vardır :  Təksətirli ( //   ilə  başlayır)  və Çoxsətirli ( /* ilə başlayır */ ilə bitir ) .Aşağıdakı şəkildə  tək sətirli commentlərlə bağlı bir neçə nümunə göstərilmişdir. Burada isə Çox sətirli şərh nümunəsi göstərilmişdir. Son olaraq qeyd edim ki, şərhlər proqrama heç bir  təsir göstərmir. Sadəcə olaraq şərhlər proqramı yazan adam və ya digərləri kodlara baxdığı zaman harada nə edildiyini başa düşməsini asanlaşdıracaq yazılardır .

Başlamazdan əvvəl bir-iki ümümi sözlər...

Resim
Bu Bloqa daxil olduğunuza görə Sizin valyuta ticarəti ilə ( FOREX ) marağlandığınız  qənaətinə gəlmək olar. Həmçinin öz strategiyalarınızı yaratmaq istədiyinizi də asanlıqla başa düşmək olar. Yoxsa ki, Burada Olmazdınız ki :)) Bloqu açmağımdakı  əsas məqsədim MetaTrader vasitəsi ilə Sizə öz Ticarət Robotlarınızı yaratmağınıza əlimdən gələn qədər kömək etməkdir.  Əgər MetaTrader platformasında öz İndiqatorlarınızı və  Expert Məsləhətçilərinizi  yaratmaq istəyirsinizsə yazılarımızı davamlı olaraq oxumağınızı məsləhət görürəm.  Növbəti bloq yazısında Alqoritmik Ticarətin nə  olduğunu müzakirə edəcəyik və daha sonrakı yazılarda isə MetaQuotes Proqram Təminatı Şirkətinə aid olan MQL4  proqramlaşdırma dilini yavaş-yavaş öyrənməyə başlayacağıq. Qeyd: Əgər hər hansı bir Proqramlaşdırma dilini bilmirsinizsə qorxmağınıza gərək yoxdur. Çünki Hər şeyi  Sıfırdan izah eləməyə çalışacağam. MQL dilini öyrəndikdən sonra bu dilə bənzəyən  C,...