Forex Dərsləri 8 : MQL4 Funksiyalar
Funksiyalar , dəfələrlə istifadə oluna bilən proqram bloklarıdır. Bu proqram bloklarına xüsusi adlar verilərək onları proqramın istənilən yerində və istənilən qədər çağırıb icra etmək mümkündür. Biz indiyə qədər yazdığımız kodlarda MQL4 dilinin bəzi funksiyalarından istifadə etmişdik. Hər bir bir funksiya müəyyən əməliyyatlar ardıcılığından ibarət olub konkret bir tapşırığı yerinə yetirir. Buna misal olaraq ekranın sol üst tərəfinə yazı yazdıran Comment() və Ekrana xəbərdarlıq pəncərəsini gətirən Alert() funksiyalarından istifadə etmişdik. Əgər hazır funksiyalar bizə kifayət etmədikdə biz özümüz öz funksiyalarımızı yazıb istifadə edirik. Funsiyalardan istifadə etməklə böyük proqramları kiçik hissələrə bölüb işimizi daha da asanlaşdıra bilərik. Proqramda funksiyadan istifadə etmək üçün biz əvvəlcə funksiyanı elan etməliyik. Daha sonra isə, funksiyanın proqram kodunu tərtib etməliyik. Funksiyanın elanı MQL4 dilində funksiya aşağıdakı kimi elan olunur: Nəticənin_t...