Alqoritmik Ticarət Nədir
Robotlar insanları məhv edəcək :)) Alqoritmik Ticarətin nə olduğunu izah etməmişdən əvvəl onunla bağlı bir-iki anlayışın başa düşülməsi vacibdir. Alqoritm Nədir ? Alqoritm - müəyyən bir problemin həll edilməsi üçün ardıcıl olaraq yerinə yetirilən təlimatlardır. Hər hansı bir Komputer proqramını alqoritmlər bütünü olaraq düşünə bilərsiniz. Bu bir misal ilə daha yaxşı başa düşüləcəkdir. Nümunə: dörd ədədin ortalamasını tapmaq üçün yazılmış bir proqramın alqoritmasını mətin üzərindən yazmağa çalışaq. A1 : Birinci ədədi daxil et A2 : İkinci ədədi daxil et A3 : Üçüncü ədədi daxil et A4 : Dördüncü ədədi daxil et A5: Daxil edilmiş ədədlərin cəmini tap A6: Tapılmış cəmi 4-ə böl A7: Nəticəni ekrana yaz A8: Proqramı sonlandır Ticarət Robotu Nədir ? Ticarət Robotu - öz-özünə bazarı analiz edən və eyni zamanda bazarda avtomatik qaydada əməliyyat aparan proqramlama kodlardan ibarət bir robotdur. Ticarət Robotları insan müdaxiləsi olmadan bazarlar...