Başlamazdan əvvəl bir-iki ümümi sözlər...
Bu Bloqa daxil olduğunuza görə Sizin valyuta ticarəti ilə ( FOREX ) marağlandığınız qənaətinə gəlmək olar. Həmçinin öz strategiyalarınızı yaratmaq istədiyinizi də asanlıqla başa düşmək olar.
Yoxsa ki, Burada Olmazdınız ki :))
Bloqu açmağımdakı əsas məqsədim MetaTrader vasitəsi ilə Sizə öz Ticarət Robotlarınızı yaratmağınıza əlimdən gələn qədər kömək etməkdir.
Əgər MetaTrader platformasında öz İndiqatorlarınızı və Expert Məsləhətçilərinizi yaratmaq istəyirsinizsə yazılarımızı davamlı olaraq oxumağınızı məsləhət görürəm.
Növbəti bloq yazısında Alqoritmik Ticarətin nə olduğunu müzakirə edəcəyik və daha sonrakı yazılarda isə MetaQuotes Proqram Təminatı Şirkətinə aid olan MQL4 proqramlaşdırma dilini yavaş-yavaş öyrənməyə başlayacağıq.
Qeyd: Əgər hər hansı bir Proqramlaşdırma dilini bilmirsinizsə qorxmağınıza gərək yoxdur. Çünki Hər şeyi Sıfırdan izah eləməyə çalışacağam.
MQL dilini öyrəndikdən sonra bu dilə bənzəyən C,C++ və Java kimi proqramlaşdırma dillərini də daha sonra asanlıqla öyrənə biləcəksiniz.
Uğurlar...
Yorumlar
Yorum Gönder