Forex Dərsləri 7 : Dövr Operatorları
Bu dərsdən sonra düşünürəm ki, artıq sadə olsa da proqramlarımızı yazmağa başlaya biləcəyik. Artıq nəzəriyədən praktikaya keçməyin vaxtı gəlib çatıb.
Dövr operatorları müəyyən əməliyyatların bir neçə dəfə təkrar yerinə yetirilməsinə imkan verir. Bu operatorlardan proqramlaşdırmada çox geniş istifadə olunur.
Əsas iki dövr operatoru vardır.
1. for
2. while
Başlayaq elə birincidən yəni for dövr operatorundan.
for operatorunun sintakisisi aşağıdakı kimidir:
for (sayğacın ilkin qiyməti; dövrün başa çatma şərti; sayğacın dəyişmə qaydası)
{
əməliyyatlar;
}
Bunu bir misal ilə göstərək:
Burada sayğacın ilkin qiyməti sıfırdır.
Dövrün başa çatma şərti beşdir yəni i dəyişəni beşdən kiçik olana qədər ( beş daxil deyil ) kod təkrar edəcək.
Sayğacın dəyişmə qaydası isə ( i ++ ) hər dəfə kod təkrar etdikdə i -nin dəyəri bir vahid artacaqdır.
Bu kodun nəticəsində Alert pəncərəsində "Hello " sözü beş dəfə yazılacaqdır. Çünki i -nin ilkin dəyəri sıfır olaraq qeyd edilmişdir. Əgər i bir ilə ( int i = 1 ) başlayacaqdısa ekrana 4 dəfə yazı yazılacaqdı.
while dövr opeartoru.
for operatorunda biz sayğac təyin etdik, dövrün başa çatması şərtini və sayğacın dəyişmə qaydasını verdik. Bu zaman biz dövrün neçə dəfə təkrar olunacağını dəqiq bilirik. Bəzən isə elə olur ki, dövrün başa çatması şərtinin nə vaxt ödənəcəyi əvvəlcədən bilinmir. Bu zaman while operatorundan istifadə olunur. while operatorunun sisntaksisi aşağıdakı kimidir:
while (şərt)
{
əməliyatlar;
}
Nümunəyə baxaq :
Burada ilk öncə tam ədəd tipində bir dəyişən ( counter adlı ) yazırıq və ilkin dəyərinə 1 veririk.
Sonra while dövrini elan edib şərtinə counter 3-dən kiçik olana qədər kod təkrar edilsin əmrini vermiş oluruq və counter dəyişənini hər dəfə bir vahid artırırıq ( counter = counter +1 ilə ).
while dövr operatorunun digər forması do while operatorudur. do while operatorunun sintaksisi belədir:
do
{
əməliyyatlar;
} while (şərt);
Bu operatorun while opratorundan yeganə fərqi odur ki, bu halda şərtin nə zaman ödənməsindən asılı olmayaraq əməliyyatlar ən azı 1 dəfə yerinə yetiriləcək.
Yorumlar
Yorum Gönder