Forex Dərsləri 1 : MetaEditor ilə iş

Əgər bu işdə yenisinizsə ilk öncə MetaTrader ticarət platformasını yükləmək lazımdır.  Proqramı yükləyib və quraşdırdıqdan sonra ticarət etməyə bir demo hesab ilə başalıya bilərsiniz.

İndisə MetaEditor adı verilən İDE ( integrated development environments ) ilə tanış olaq. MetaEditor bizim kodlarımızı yazıb çalışdırdığımız yerdir. Proqramlarımızı burada yazacağıq. MetaEditoru açmaq üçün aşağıdakı şəkildə ox ilə göstərilən ikonu kilikləyin.



 Qarşınıza aşağıdakına bənzər MetaEditor pəncərəsi çıxacaqdır.





Bundan sonra yeni bir skript , indikator və ya expert yaratmaq üçün Editorda New butonunu seçmək lazımdır.





New Butonunu seçdikdən sonra qarşınıza MQL pəncərəsi çıxacaqdır. Burada bir çox özəlliklər vardır. Bizə hələlik Expert Advisor lazımdır. Narahat olmayın  daha sonrakı dərslərimizdə  diğərlərinində nə olduğunu öyrənəcəyik. Expert Advisori seçdikdən sonra Далее ( Növbəti ) butonunu klikləyin .



Burada isə Name bölməsinə proqramınizin adı yazılmalıdır. Author bölməsi Müəllif Hüquqları ilə əlaqədardır ( Misal üçün  Öz adınızı yaza bilərsiniz ). Link bölməsinı əgər saytinız varsa qeyd edin.
Parameters bölməsinə hələlik heç nə əlavə etməyin daha sonra bu üstünlüklərdən istifadə edəcəyik. Yenidən Далее butonunu seçin.




Aşağıdakı pəncərələrdəki  olan özəlliklər hələlik bizə lazım deyil.



Burada Sonlandır Butonu ( Готово ) Seçin.



Aşağıda gördüyüz kimi qarşıniza Proqramlarımızı yazacağımız bir şablon çıxır.




Növbəti dərsimizdə gördüyünüz kod bloklarını incələyəcəyik.

Uğurlar...

Yorumlar

Bu blogdaki popüler yayınlar

İchimoku İndiqatoru və EA - Giriş

Forex Dərsləri 5 : Dəyişənlər

Forex Dərsləri 9 : İlk İndiqatorumuz - 1-ci Hissə