Forex Dərsləri 5 : Dəyişənlər

                                                         

Bu dərsi diqqətlə oxumağınızı tövsiyə edirəm. Çünki proqramlaşdırma dillərində dəyişənlərdən çox-çox tez istifadə edilir.

Dəyişənlər ( variables ) içərisində məlumat saxlamaq üçün istifadə olunan yaddaş bloklarıdır. Yaddaşı hər biri fərqli ölçülərdə olan bir qrup qutu olaraq xəyal edin. Qutuların ölçüsü məlumatın saxlanılması üçün lazım olan ölçülərdir.

- Hər bir qutuda məlumat saxlamaq üçün ilk öncə ona bir ad verməlisiniz. Buna declaration deyilir.
- Komputerə istifadə edəcəyiniz məlumatın ölçüsü və növü haqqında məlumat vermək üçün  açar söz göstərilməlidir.
- Qutuya başlanğıcda bir dəyər ( value ) verirsinizsə buna initialization deyilir.

Bir dəyişən yaratdığımızda komputerə dəyişənimiz üçün yaddaşda  müəyyən byte uzunluğunda bir yer ayrılmasını demiş oluruq. Kiçik bir rəqəm, bir hərf və çox böyük bir ədəd yaddaşda eyni yeri tutmayacağından komputer dəyişənimiz üçün yaddaşda nə qədər yer ayırması lazım olduğunu bizdən soruşacaqdır. Əvvəlki dərsdə öyrədiyimiz məlumat tipləri bunun üçün lazımdır.

İndisə aşağıdakı  nümunəyə baxaq. Buradakı int məlumat tipidir yəni tam ədədlər tipi. Məlumat tipindən sonra isə dəyişən adı gəlir ( Misaldakı a hərifi ) . Sonra mənimsətmə operatoru olan "= " işarəsi yazılır ( Buradakı "=" işarəsi riyaziyyatda istifadə olunan bərabərdir işarəsi deyildir. Bu dəyişənə dəyər vermək üçün istifadə olunan operatordur ).  Daha sonra isə dəyişənə 5 dəyəri verilib. Buradakı dəyişənə 5.8 dəyərini vermək olmaz çünki biz int məlumat tipindən istifadə etmişik ( 5.8 dəyərini vermək üçün int yerinə double yazılmalıdır).



Dəyişənlərdən istifadə edərək bir riyazi hesablama yazaq. Sizdə bunu MetaEditorda yazmağa cəhd edin.Yaddan çıxartmayın ki, Proqramlaşdırmanı tez bir zamanda öyrənməyin yeganə yolu çoxlu kod yazmaqdır.



Nəticə :





Ümid edirəm dəyişənlər mövzusu anlaşılmışdır. Özünüzdə bu mövzuda internetdə məlumat tapıb oxuya bilərsiniz. Növbəti dərslərimizdə kod yazdığca bunu tam olaraq qavrayacaqsınız. Heç bir narahatçılığa əsas yoxdu )).

Sualıniz olarsa facebook qrupundan ( FOREX TƏHSİLİ ) mənə yazmağdan çəkinməyin.

Uğurlar.

Yorumlar

Bu blogdaki popüler yayınlar

İchimoku İndiqatoru və EA - Giriş

Forex Dərsləri 9 : İlk İndiqatorumuz - 1-ci Hissə