Forex Dərsləri 4 : Məlumat Tipləri


Yavaş - yavaş strategiyalarımızı robota çevirmə vaxtı gəlib çatacaqdır. Bunun üçün bəzi vacib mövzularıda öyrənmək məcburiyyətindəyik ki, istəyimiz tam olaraq  reallaşsın. Söhbəti çox uzatmadan keçək dərsimizin əsas mövzusuna.

Hər bir proqram bildiyimiz kimi məlumat ilə işləyir. MQL dilində olduğu kimi digər proqramlaşdırma dillərindən istifadə edərkən doğru yerdə doğru məlumat tipinin seçilməsi son dərəcə vacibdir. Səbəbi isə odur ki, hər bir məlumat tipi yaddaşda ( RAM- da ) müəyyən yer tutur. Misal üçün əgər yaddaşda -2147483648 və 2147483647 arasında bir tam ədəd tutulacaqsa o zaman biz tam ədədlər tipindən  ( int və ya  integer  ) istifadə edəcəyik.

MQL-də  əsas 6 məlumat tipindən istifadə edəcəyik.

1.   int Tam ədədlər üçün istifadə olunur. Yuxarıda göstərdiyimiz kimi -2147483648 və 2147483647 arasında bir dəyər alır.  Aşağıdakı nümunələrin hamısı tam ədəd ( int ) tipindədir.

                                                           5, 8, 0,251, -142  və s.


2.   double Kəsr ədədlər üçün istifadə olunur.  Yaddaşda 8 baytlıq yer tutur (Əgər  İnformatika dərslərindən xatırlayırsınızsa bir baytın  səkkiz bitə bərabər olduğunu artıq bilirsiniz.). Aşağıdakı nümunələr  kəsr ədədlər double ) tipindədir.


                                                         1.5250, 0.001,  10.5, -2.35 və s. 


3.  string Sətir tipləri mətin sətirlərini yaddaşda saxlamaq üçün istifadə olunur. Sətirlər dırnaq işarələri arasında yazılır. Əsilində keçən dərslərin birində biz Comment funksiyası ilə ekrana yazı yazmaq üçün string tipindən istifadə eləmişdik. Yadınıza düşdümü ))

                                                  Comment("Salam Dünya") 

4.  bool Məntiqi tipdir .  Bu true ( doğru ) və false ( yanlış ) dəyərlərini özündə saxlayır.  Bu dəyərlərin rəqəm olaraq  təsviri bir sıfırdır.

5. datetime - tarix və zaman tipidir. Bu məlumat tipi 1 yanvar 1970-ci ildən bəri keçən saniyələrinin sayı şəkilindədir.


                             2015.01.01 00:00,  1980.07.19 12:30:27 , 01.01.2004  və s.

6.  color - Rəng məlumat tipi.  Bu məlumat tipi  rəng haqqında məlumatı yaddaşda saxlamaq üçündür.

                                                       RedclrBlack, clrGreen və s.

Yazılanları tam olaraq başa düşmədinizsə heç narahat olmayın. Növbəti dərsimiz bununla bağlı olacaq və məlumat tiplərinin nə işə yaradığını tam olaraq başa düşəcəyinizə əminəm.

Yorumlar

Bu blogdaki popüler yayınlar

İchimoku İndiqatoru və EA - Giriş

Forex Dərsləri 5 : Dəyişənlər

Forex Dərsləri 9 : İlk İndiqatorumuz - 1-ci Hissə