Forex Dərsləri 6 : Şərt Operatoru
Proqramın icra olunma istiqaməti verilmiş şərtin yerinə yetirilib yetirilməməsindən asılı olaraq dəyişə bilir. Bunun üçün MQL dilində if - else şərt operatorundan istifadə olunur. 
if - else şərt operatorunun standart yazılış forması aşağıdakı kimidir:
if ( şərt )
{
     ifadə  1
}
else 
{
     ifadə 2
}
Bildiyiniz kimi burada if ingiliscə əgər  else isə əks halda mənasına gəlir.
Yuxarıdakı kodu bu cür oxuya bilərik:
Əgər şərt ödənilərsə ifadə 1 , əks halda ifadə 2 icra olunsun.
Yuxarıdakı kod blokunda əgər iki şərtimiz  olsa idi o zaman else if ifadəsindən də istifadə etməli olacaqdır. Yəni aşağıdakı kimi:
if ( şərt 1)
{
     ifadə  1
}
else if ( şərt 2 )
{
     ifadə 2
}
else 
{
     ifadə 3
}
Bunu misal üzərindən daha yaxşı başa düşə bilərik.
Sizdə şəkildə gördüyünüz qaydada kodları yazmağa çalışın. 
Burada birinci şərtimiz  Bid-in ( təklif ) level1 -  dən kiçik olması vəziyyətidir. Əgər  ( if ) qrafikdəki təklif qiyməti level1- dən kiçik olarsa o zaman Comment funksiyası ilə ekrana "qiymət level1- dən kiçikdir" yazısını yazırıq.
Yox əgər ( else if )  təklif qiyməti level2 -dən kiçik olarsa ekrana "qiymət level1 ilə level2 arasındadır" yazısını yazdırmış oluruq.
Əks halda ( else )  isə ( yəni şərtlər yerinə yetirilmədikdə ) ekrana "qiymət level2 -dən yuxarıdır" yazısı yazılacaqdır.


Yorumlar
Yorum Gönder