Alqoritmik Ticarət Nədir

Robotlar insanları məhv edəcək :))

Alqoritmik Ticarətin nə olduğunu izah etməmişdən əvvəl onunla bağlı bir-iki anlayışın başa düşülməsi vacibdir.

Alqoritm Nədir ? 


Alqoritm -  müəyyən bir problemin həll edilməsi üçün ardıcıl olaraq yerinə yetirilən təlimatlardır. Hər hansı bir Komputer proqramını alqoritmlər bütünü olaraq  düşünə bilərsiniz. Bu bir misal ilə daha yaxşı başa düşüləcəkdir.

Nümunə:  dörd ədədin ortalamasını tapmaq üçün yazılmış bir proqramın alqoritmasını mətin üzərindən yazmağa çalışaq.

A1 : Birinci ədədi daxil et
A2 : İkinci ədədi daxil et
A3 : Üçüncü ədədi daxil et
A4 : Dördüncü ədədi daxil et
A5: Daxil edilmiş ədədlərin cəmini tap
A6: Tapılmış cəmi 4-ə böl
A7: Nəticəni ekrana yaz
A8: Proqramı sonlandır

Ticarət Robotu Nədir ?

Ticarət Robotu - öz-özünə bazarı analiz edən və eyni zamanda bazarda avtomatik qaydada əməliyyat aparan proqramlama kodlardan ibarət bir robotdur.  Ticarət Robotları insan müdaxiləsi olmadan bazarlarda ticarət aparmağınıza imkan verir.


Alqoritmik Ticarət Nədir ?

Alqoritmik ticarət - (Avtomatlaşdırılmış Ticarət və ya sadəcə olaraq Algo Ticarət )  mənfəət qazanılması məqsədi ilə bazarda insan treyderinin edə bilməyəcəyi bir şəkildə  ticarət əmirlərinin sürətli və yüksək tezlikli yerləşdirilməsi üçün müəyyən edilmiş alqoritmlərin icra edilməsi üçün proqramlaşdırılmış komputerlərin istifadə edilməsi prosesidir. Müəyyən edilmiş qaydalar vaxta, qiymətə və hər hansı bir riyazi modelə əsaslanır. Algo Trading ( Alqoritmik Ticarət ) treyder üçün mənfəət imkanlarından əlavə bazarları daha likvid edir və insan duyğularının ticarət fəaliyyətlərinə təsirini ortadan qaldıraraq daha sistematik hala gətitir.


Alqoritmik Ticarətin Üstünlükləri

Alqoritmik Ticarətin bu qədər məşhurlaşmasının əsas səbəblərindən biri əl ilə edilən ticarət əməliyyatlarını özündə saxlmasıdır. Alqoritmik Ticarətin üstünlükləri sürət, dəqiqlik və az itkilərin olması  ilə əlaqədardır.

Alqoritmlər əvvəlcədən yazıldığından və avtomatik olaraq icra edildiyindən əsas üstünlük sürətdir.
Bu əməliyyatların aparıldığı sürət insanın edə biləyəciyi sürətdən qat-qat yüksəkdir.

Alqoritmlərlə ticarət etmək insanın edə bilməyəcəyi bir sürətdə çox saylı indiqatorların yoxlanılması və icra edilməsi üstünlüyünə sahibdir.


Alqoritmik Ticarətin digər üstünlüyü isə dəqiqlikdir. Əgər bir Ticarət Robotu ilə ticarət aparırsınzsa bəzi səhvlərdən ( səhv valyuta cütlüyünü seçmək kimi, lot həciminə baxmağı unutmaq kimi ) uzaq durmuş olacaqsınız. 

Alqoritmik Ticarətin ən asas üstünlüklərindən biri də ticarəti qabaqcadan müəyyən edilmiş kriteriyalar ilə məhdudlaşdırdığından insan duyğularını bazarlardan qaldırma bacarığıdır. Niyə görə bu bir üstünlükdür, çünki insan treyderi irrasional qərarlara yol açan duyğulara həssasdır. Algo Treyder isə zəif qərarlara gətirib çıxaran qorxu və acğözlük kimi iki hissə sahib olmadığından daha yaxşı qərarlar verir.

Alqoritmik Ticarətin digər üstülüklərindən biri də ticarət robotunun ( Expert Advisor və ya EA ) test edilə bilməyi mümkünlüyüdür. Treyderlərin ticarət sistemlərinin hansı hissələrinin çalışdığını və sistemlərini  keçmiş məlumatlara görə çalışdıra bilməməsinə görə nə işə yaradığını bilmək çox çətin ola bilər. EA-nın  keçmişdə çalışıb-çalışmadığını görmək üçün  alqoritmaları keçmiş məlumatlara görə çalışdıra bilərsiniz. Bu bacarıq böyük bir üstünlük verir. Çünki real ticarətə keçməmişdən əvvəl ticarət sisteminin qüsurlarını aradan qaldırmağa imkan verir.

Alqoritmik Ticarətin digər üstülüklərindən biri də vaxta qənaətdir. Alqoritmik Ticarət ilə  Treyderlər
davamlı olaraq monitorinq aparmadan əməliyyatlar edə bildiyi üçün  bazarları izləməyə daha çox vaxt sərf etmək məcburiyyətində qalmazlar. 

Alqoritmik Ticarət haqqında azda olsa məlumat verdik.  Növbəti yazımızda MetaTrader platformasında olan  MetaEditor proqramlaşdırma mühiti ilə tanış olacağıq.

 Uğurlar...

Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

İchimoku İndiqatoru və EA - Giriş

Forex Dərsləri 5 : Dəyişənlər

Forex Dərsləri 9 : İlk İndiqatorumuz - 1-ci Hissə