MQL4 Dərsləri 11 : İlk Ticarət Robotumuz 1 - ci Hissə




Əvvəlki dərsdə biz ilk sadə indiqatorumuzu yaratdıq. Bu indiqator bir treyder olaraq bizim işimizə o qədərdə  faydalı olmadı ancaq buna baxmayaraq proqramlaşdırma məntiqini öyrənmək adına bizim üçün çox faydalı oldu.

Bazarın texniki analiz vasitəsi ilə gələcək qiymətlərini proqnozlaşdırmağa kömək üçün indiqatorlar çox vacibdir. Ancaq indiqatorlarla qrafiki müşahidə edərək Siz əmirlərinizi ( satış,alış , açılan əmirlərdə dəyişiklik etmək və s.) özünüz əlinizlə daxil etməlisiniz.  Bunun üçün terminalın qarşısına keçməli və gözlərinizi geniş bir şəkildə açıb monitora baxmalısınız...

Əgər yoruldunuzsa bir fincan çay içmək və ya hətta qısa bir tətilə çıxmaq istəyə bilərsiniz. Siz bu problemin həlli üçün aşağıdakı fikirlər haqqında düşünməlisiniz:

Siz Terminalı müşahidə etmək üçün bir nəfər işçi tuta bilər  və telefonunuzla hər beş dəqiqədən bir ona zəng edib nələr olduğu ilə marağlana bilərsiniz.  Əgər o işçi mütəxəssisdirsə qazandığınız pipləri itirəcəkdir. Yox əgər o təcrübəsi olmayan biridirsə Sizin kapitalınıza ziyan vuracaqdır.

İkinci həll ticarətinizi avtomatik hala gətirən bir proqramdan istifadə etməkdir.  Expert Məsləhətçi elə məhz bunun üçündür.

Expert Məsləhətçi sevimli indiqatorlarınızdan istifadə etmək və əmirlərinizi avtomatik rejimdə icra etmək üçün MQL4 proqramlaşdırma dilində yazılmış bir proqramdır. O sizin üçün alış  - satış əməliyyatları aça bilər və ya əmirlərinizdə dəyişiklik edə bilər.

Əgər MetaEditorunuz bağlıdırsa onu çalışdırmağın  tam zamanıdır.

Artıq Əvvəlki dərslərimizdən yeni Expert Advisor proqramını yaratma addımlarını bildiyinizə görə yenidən onları göstərməyə ehtiyac olmadığını düşünürəm. 

Biz iki Moving Average ( Hərəkət Ortalaması ) indiqatorunun bir-biri ilə kəsişməsi vəziyyətinə  görə alış və ya satış əməliyyatlarını avtomatik bir şəkildə icra edən Ticarət Robotu proqramını yazmağa çalışacağıq.

Sizdə aşağıdakı şəkildə yazılmış kodları yeni yaratmış olduğunuz proqram şablonunda yazmağa çalışın.


Burada Sizə tanış olmayan tək extern açar sözüdür.  Bu extern istifadəçi tərifindən öz istəyinə uyğun olan parametrlərin seçilməsinə kömək edən açar sözdür.  Yuxarıdakı kodları əgər yazdınızsa onu Compile edib və Platformadan həmin proqramın adını tapıb qrafikə atın. 



Gördüyünüz kimi  Expert pəncərəsinin inputs bölməsində yazdığımız kodda olan dəyişən adları burada göstərilmişdir. Extern açar sözü bunun üçündür. Burada TakeProfiti , StopLossu , Lot həcmini  və sair parametrlərini öz strategiyanıza uyğun dəyişə bilərsiniz.


Yorumlar

Bu blogdaki popüler yayınlar

İchimoku İndiqatoru və EA - Giriş

İchimoku İndiqatoru və EA - 1-ci Hissə

MQL4 Dərsləri 14 : İlk Ticarət Robotumuz 4 -cü Hissə