Forex Dərsləri 10 : İlk İndiqatorumuz 2-ci Hissə
Keçən dərsdə yazdığımız kodlarda bəzi dəyişikilik edərək aşağıdakı şəkildə yenidən yazmağa çalışın.   Kod    İndisə yuxarıda yazılmış kodlara aydınlıq gətirək        Hər bir MQL4 proqramı #property  adlı xüsusi parametrləri müəyyən etməyə imkan verir. Bu parametrlər terminalın açıq şəkildə işləməsinə ehtiyac duymayan proqramlara kömək edir. Bu əsasən göstəricilərin ( indiqatorların ) xarici parametrləri ilə bağlıdır.   #property indicator_separate_window  -  indiqatorların platformanın əsas pəncərəsində deyil alt pəncərəsində göstərilməsi üçündür.. Əgər indiqator əsas pəncərədə göstəriləcəksə o zaman  #property  indicator_main_window  özəlliyindən istifadə edilir.   #property indicator_buffers 1  -  bu özəllik yaddaş sahəsində ayrılacaq massivlərin sayını müəyən edir. Burada gördüyünüz kimi biz yaddaşdan 1 massiv ayrılmasını istəmişik. Bunun mənası odur ki biz cəmi bir xətt  çəkəcəyik. Misal üçün Alligator indiqatorundan istifadə edərkən qrafikdə  3 xətdin ...